APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək APOEL – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə Kipr təmsilçisinin rəsmi saytı məlumat yayıb. Biletlərin qiymətləri 14 yaşadək uşaqlar üçün 5 avro, 14-20 yaş arası tələbələr üçün 10 avro, böyüklər üçün isə 15-50 avrodur.

APOEL – “Qarabağ” oyunu noyabrın 7-də keçiriləcək.

“Qarabağ” Avroliqanın 3-cü turunda oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda APOEL-i qəbul edəcək. Görüş saat 20:55-də start götürəcək.