Tuxel: “Hakimin Ançelotti ilə qəhqəhə çəkərək güldüyünü gördüm”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab matçının (3:2) hakimlərini tənqid edib. 

Oyunun polşalı hakimi Şimon Marçinyak final fitindən sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə bir neçə dəqiqə danışıb, birlikdə gülüblər. 

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Tuxel, bu məsələ ilə bağlı fikirlərini bildirib:

“Oyundan sonra hakimin həmkarım Karlo Ançelotti ilə əla vaxt keçirməsi məni məyus etdi. Bilirəm, Ançelotti centlmen və gözəl insandır. Amma oyuna görə hakimə təşəkkür etmək istəyəndə, onun rəqibin məşqçisi ilə qəhqəhə çəkərək güldüyünü gördüm. Düşünürəm ki, bir komandanın bütün ürəyini verdiyi, son damla qanına qədər mübarizə apardığı 126 dəqiqəlik matçdan sonra bu hərəkət çox yersiz bir məqamdır. Oyundan sonra görürsən ki, hakim başqa məşqçi ilə deyib-gülür. Düşünürəm ki, bu hərəkət səhv zamanda edilib. Mən bu barədə ona da dedim”. 

“Çelsi” “Real”a 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə 1:3 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəni dayandırıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button