Ançelottinin kabusu – “Mançester Siti”

İtaliyalı mütəxəssis Karlo Ançelotti məşqçi kimi bu günə qədər “Manşester Siti” ilə 9 dəfə üz-üzə gəlib.

Komanda.az “transfermarkt”-a istinadən xəbər verir ki, “Real”ın hazırkı məşqçisinin rəhbərik etdiyi komandalar bu qarşılaşmalardan 8-də uduzub. O, “Çelsi”nin baş məşqçisi kimi “Mançester Siti”yə qarşı Premyer Liqada keçirdiyi 4 oyundan 3-də məğlub olub, 1-də isə qələbə qazanıb. 

Ançelottinin “Everton”un baş məşqçisi kimi də “Mançester Siti”yə qarşı Premyer Liqa oyunları uğursuz olub – 4 oyun, 4 məğlubiyyət.

O, “Real”ın baş məşqçisi də kimi “şəhərlilər”lə oyunda uğur qazana bilməyib. Çempionlar Liqasının cari mövsümünün yarımfinal mərhələsinin ilk görüşündə MS 4:3 hesabı ilə qələbə qazanıb.

Bu gün “Mançester Siti” və “Real” yarımfinalın cavab matçında Madriddə üzə-üzə gələcək. Bu qarşılaşma Ançelottinin “Mançester Siti”yə qarşı 10-cu oyunu olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button