Ançelottidən ÇL-də yeni rekord – Ferqyusonu geridə qoydu

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis buna ÇL-in qrup mərhələsinin 6-cı turunda Şotlandiyanın “Seltik” komandasına qalib gəldikləri (5:1) matçda nail olub.

Bu, Karlonun sözügedən turnirdəki 103-cü qələbəsi olub. Ançelotti bununla da, Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçiyə çevrilib.

Bundan əvvəlki rekord “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusona məxsus idi (102 qələbə).

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button