Ançelotti üçün 2 seçim- İngiltərədən

İtaliyanın “Napoli” klubu ilə yollarını ayıran Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, iki Premyer Liqa təmsilçisi italiyalı mütəxəssisin xidmətində maraqlıdır. “Everton” və “Arsenal” Ançelottinin komandaya rəhbərlik etməsini istəyir. Bu mübarizədə “Arsenal”ın “Everton”u qabaqladığı bildirilir. Londonluların “Napoli”dən ayrılan Ançelotti ilə əlaqə saxladığı və danışıqlara hazırlaşdığı deyilir.

“Arsenal” bir müddət əvvəl Unay Emerini istefaya göndərmiş və Fredrik Lunqberqi komandaya müvəqqəti baş məşqçi təyin etmişdi. “Everton” isə Premyer Liqada “Liverpul”a 2:5 hesablı məğlubiyyətdən sonra Marko Silva ilə yollarını ayırmışdı.