Ançelotti: “Hər şey dəyişə bilər”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 6-cı turunda “Atletiko”nu məğlub etdikləri oyun (2:1) haqda fikirlərini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı məşqçi ikinci hissədə yaxşı oynamadıqlarını deyib:

“İki top fərqi var idi, yaxşı müdafiə olunduq. İkinci hissədə isə hərəkətlərimizdə səmərəlilik yox idi, irəli getmək həvəsi yox idi.

Məncə, “Atletiko” çox yaxşı komandadır, onların çoxlu usta futbolçuları var. Mövsümün əvvəlində problem yaşadılar, amma sona qədər çempionluq uğrunda mübarizə aparacaqlar. Hələ heç nə bitməyib. Biz mövsümə yaxşı başladıq, onlarda isə vəziyyət daha daha pisdir. Amma hər şey dəyişə bilər”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button