“Bu nəticəyə layiq olan tərəf biz idik” – “Liverpul”un futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Bavariya”ya 3:1 hesabı ilə qalib gələn “Liverpul”un müdafiəçisi Vircil Van Dayk, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, növbəti mərhələyə layiq olduqlarını deyib:

“Möhtəşəm bir gecə idi. Çətin olacağını bilirdik, qarşımızda fantastik futbolçulardan ibarət komanda vardı. Qol vuracağımıza inanırdıq. Şanssız qol buraxdıq, hesab bərabərləşdi, amma mərhələni keçməyi bacardıq. Bu nəticəyə layiq olan tərəf biz idik”.

“Vurduğun qolu karyerandakı ən vacib qol hesab edə bilərikmi” sualına, 27 yaşlı müdafiəçi belə cavab verib:

“Hollandiya millisinin heyətində Almaniyaya vurduğum qol ən vacibi idi. Amma “Liverpul” forması ilə vurduğum ən vacib qol bu idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button