Amit Quluzadəsiz qələbə

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qoşk” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 3:1.

Amit bu görüşün iştirakçısı olmayıb.

“Çelik” hazırda 28 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button