Amit Quluzadənin komandasına 1 qol bəs etdi

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sloboda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0. Amit bu görüşün iştirakçısı olmayıb.

“Çelik” hazırda 31 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button