Amit oynadı, “Milsami” “Zimbru”ya qalib gəldi

Futbol üzrə Moldova çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zimbru” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. Amit 31-ci dəqiqədə meydana buraxılıb.

6 turdan sonra 8 xalı olan “Milsami” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button