Amerika kubokunun püşkü atıldı: Argentina və Braziliya…

Futbol üzrə Amerika kubokunun püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə görə, 12 iştirakçı ölkə 3 qrupa bölünüb:

A qrupu: Braziliya, Boliviya, Venesuela, Peru

B qrupu: Argentina, Kolumbiya, Paraqvay, Qətər

C qrupu: Uruqvay, Ekvador, Yaponiya, Çili

Qətər və Yaponiya yığmaları Asiya zonasında yer alsalar da, yarışın təşkilatçısı olan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dəvəti ilə Amerika kubokuna qatılıblar.

Amerika kuboku 2019-cu ildə, 14 iyun-7 iyulda Braziliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button