Amerika kuboku: Final matçına hakim təyinatları bilindi

Amerika kubokunun final oyununun – Braziliya – Peru matçının hakimləri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, həlledici görüş Çilidən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Robert Tobar olacaq. Ona yan xətt hakimləri Kristian Şimann və Klaudio Rios kömək edəcək. 4-cü hakim funksiyasını isə venesuelalı Aleksis Errera yerinə yetirəcək. VAR hakimi çilili Xulio Baskunyan olacaq.

Braziliya – Peru matçı iyulun 7-də, Braziliyada yerləşən “Marakana” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button