Amerika kuboku: Peru millisi darmadağınla finalda!

Amerika kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə Braziliya millisi ilə Argentina üz-üzə gəlib. Qarşılaşmada Braziliya yığması 2:0 hesablı qələbə qazanaraq, adını finala yazdırıb.

Digər yarımfinal görüşündə isə Çili ilə Peru üz-üzə gəlib. Qarşılaşmada Peru yığması Çilini 3:0 hesabıyla məğlub edərək, finala vəsiqə qazanıb.

Amerika kubokunun finalı iyulun 7-də, Braziliya ilə Peru yığmaları arasında keçiriləcək. 3-cülük uğrunda matçda isə iyulun 6-da Argentina ilə Çili qarşılaşacaq.

Amerika kuboku, yarımfinal mərhələsi

2 iyul

Braziliya – Argentina 2:0
Qol:
Jesus, 19. Firmino, 71.

3 iyul

Çili – Peru 0:3
Qol:
Flores, 21. Yotun, 38. Qerrero, 90+1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button