Messinin transferi üçün pul toplamağa başladılar – azarkeşlər

Almaniyanın “Ştutqart” klubunun azarkeşləri “Barselona”dan ayrılmağa qərar verən Lionel Messinin doğma komandalarına transfer olunmasını istəyirlər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fanatlar argentinalı futbolçunun transferi üçün lazım olan pulu yığmaq üçün “GoFundMe” kampaniyasını yaradıblar. Hələlik yığılan məbləğ 262 avrodur. Messinin sərbəstqalma məbləği isə 700 milyon avrodur.

Fanatlar Messinin transferi reallaşmasa, toplanan pulu yardım fondlarına köçürəcəklərini bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button