“Şalke”nin yeni baş məşqçisi açıqlandı

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, komandanın “sükanı” Dimitrios Qrammozisə tapşırılıb. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Yunanıstanlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qrammozis son olaraq 2-ci Bundesliqa təmsilçisi “Darmştadt”ı çalışdırıb. 42 yaşlı mütəxəssis “Şalke”də baş məşqçi postunda Kristian Qrossu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button