“Mançester Yunayted” “Leyptsiq”in futbolçusu ilə maraqlanır

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Tayler Adams karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Mançester Yunayted” “Atletiko”dan Kiran Trippyeri heyətinə qata bilməsə, bütün diqqətini Adamsa yönəldəcək.

Tayler Adams bu mövsüm Bundesliqada 13 oyunda çıxış edib. Amerikalı oyunçunun “transfermarkt”da dəyəri 20 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button