Bundesliqa klubu futbolçusunun koronavirusa yoluxduğunu gizlədib

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Marsel Sabitzer bir müddət əvvəl koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, Sabitzerin üç həftə əvvəl koronavirusa yoluxduğu bildirilib. Ancaq “Leyptsiq” bu məlumatı gizli saxlayıb.

Koronavirusa yoluxan və bu xəstəliyə qalib gələn Sabitzer, Bundesliqanın bərpa olunmasından sonra keçirilən iki görüşdə də iştirak edib. O, dünən “Maynts”la matçda (5:0) bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button