Moriba milli komanda seçimini etdi

Almaniyanın “Leyptsiq” klubunda çıxış edən İlayş Moriba milli komanda seçimini edib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Qvineya yığmasının uğurları üçün çalışacaq. Bu barədə TMW radiosu məlumat yayıb.

“Barselona”nın yetirməsi olan Moribanın İspaniya vətəndaşlığı da var idi. O, bu ölkənin federasiyasının onunla əlaqə saxlamamasına görə Qvineya yığmasında çıxış etmək qərarını verib.

Moriba bu ilin avqustunda “Barselona”dan “Leyptsiq”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button