Polşa millisinin hücumçusu AÇ-2020-ni buraxacaq

Almaniyanın “Herta” klubunun və Polşa milli komandasının hücumçusu Kşiştof Pyontek AÇ-2020-də iştirak edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu, özünün “tvitter” hesabında paylaşım edib. O, zədə səbəbindən AÇ-2020-ni buraxacağını bildirib:

“Son 36 saat mənim üçün çətin oldu. Zədəm AÇ-2020-də oynamağıma imkan verməyəcək. Ancaq inanıram ki, həyatda olduğu kimi futbolda da heç nə səbəbsiz deyil. Görünən odur ki, tanrının mənim üçün bir planı var. Qarşıda daha yaxşı günlərim olacaq”.

Pyontek “Herta” ilə bu mövsüm Bundesliqa 32 oyunda 7 qol vurub.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Polşa yığması turnirdə Slovakiya, İsveç və İspaniya milli komandaları ilə qarşılaşacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button