Kxedira karyerasını bitirir

Almaniyanın “Herta” klubunun futbolçusu Sami Kxedira mövsümün sonunda karyerasını bitirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 34 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda klubdan ayrılacağı və karyerasını bitirəcəyi bildirilib.

Kxedira karyerası ərzində “Herta”dan başqa, Almaniyada “Ştutqart”, İspaniyada “Real”, İtaliyada “Yuventus” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi Almaniya millisi ilə 77 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button