Hakimin gözünə tüpürən futbolçuya ağır cəza verildi

Almaniyanın “Ersgebirge” komandasının futbolçusu Klemens Fandrix ağır cəza alıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqanın 12-ci turunda “İnqolştadt”la matçda (1:0) yan xətt hakiminin gözünə tüpürdüyü üçün 2022-ci ilin mayına qədər cəzalandırılıb. Bu barədə Almaniya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb.

Fandrixin cəzası bütün turnirlərə şamil edilib.

“Ersgebirge”də Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button