“Borussiya” “İnter” qarşısına onlarsız çıxacaq

Almaniyanın “Borussiya” klubu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “İnter”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi sözügedən səfər qarşılaşmasına ciddi itkilərlə çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Borussiya”da Marko Roys, Marsel Şmeltzer və Pako Alkaser zədə səbəbindən “İnter”lə qarşılaşmada iştirak etməyəcək.

Sabah keçiriləcək “İnter” – “Borussiya” oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button