“Bavariya”da yeni müqavilə – rəsmi

Almaniyanın “Bavariya” klubu futbolçusu Camal Musialanın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Musiala bu mövsüm “Bavariya” ilə 26 oyunda 4 qol vurub.