“Adımın transferdə hallanması yaxşı iş gördüyümə işarədir”

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun futbolçusu Andre Silva açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, adı “Mançester Yunayted” (İngiltərə) və “Atletiko” (İspaniya) ilə hallanan 25 yaşlı hücumçu haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib:

“Bunlar şayiədir, başqa heç nə. Mövsümün sonunda məni daha motivasiyalı edəcək bir şey olacaq. Oynayır, qollar vururam. Adımın transferdə hallanması yaxşı iş gördüyümə işarədir”.

Andre Silva ötən ilin sentyabrında “Milan”dan “Ayntraxt”a keçib. Portuqaliya millisinin də üzvü olan hücumçu bu mövsüm Bundesliqada 21 oyunda 19 qol vurub.