“Barselona” Depayı transfer edə bilməsə, onunla danışıqlara başlayacaq

Almaniyanın “Ayntraxt” (Franfurt) klubunun futbolçusu Andre Silva daha bir klubun maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu 25 yaşlı hücumçu ilə maraqlanır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi yayda “Lion”dan Memfis Depayı transfer edə bilməsə, bütün diqqətini Silvaya yönəldəcək.

Silva bu mövsüm Bundesliqada 24 oyunda 21 qol vurub. Portuqaliya yığmasının da formasını geyinən hücumçunun “transfermarkt”da dəyəri 37 milyon avrodur.