Almaniya millisində itki: Düşərgəni tərk etdi

Almaniya millisində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, yığmanın müdafiəçisi Lukas Klostermann zədələnib. Bu barədə Almaniya millisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, Klostermannın Serbiya ilə keçirilən yoxlama görüşündə (1:1) zədələndiyi və millinin düşərgəsini tərk etdiyi bildirilib.

“Leyptsiq”də forma geyinən 22 yaşlı futbolçu, komandasının düşərgəsinə geri qayıdıb.

Almaniya yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Hollandiyayla qarşılaşacaq