
Almaniya superkubokunun qalibi müəyyənləşdi
Futbol üzrə Almaniya superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici matçda “Bayern” “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb.
“Ştutqart Arena”da keçirilmiş oyunun 18-ci dəqiqəsində Harri Keyn fərqlənərək, münhenliləri hesabda irəli çıxarıb. İkinci qolu 77-ci dəqiqədə Luis Dias vurub. “Ştutqart”ın heyətində isə 90+4-cü dəqiqədə Ceymi Levelinq fərqlənib.
“Ştutqart” ötən mövsüm Almaniya Kubokunu qazanmışdı. “Bayern” isə Almaniya çempionu olmuşdu.
Münhen klubu tarixində 11-ci dəfə superkuboku qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



