“Borussiya”nın futbolçusu millidə zədələndi

Almaniya millisinin heyətində ciddi itki baş verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın müdafiəçisi Mattias Ginter zədələnib. Şimali İrlandiyaya qarşı keçirilən oyunda zədələnən Ginter, qarşılaşmanın 40-cı dəqiqəsində əvəzlənib.

Münhenqladbax “Borussiya”sının şərəfini qoruyan müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsinin 6-cı turunda Şimali İrlandiya yığmasını 2:0 hesabıyla məğlub edib.