Toni Kroosun milli karyerasını bitirəcəyi vaxt açıqlandı

Almaniya millisinin futbolçusu Toni Kroosun yığmadakı karyerasını bitirəcəyi vaxt məlum olub.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi AÇ-2020-dən sonra milli karyerasını sonlandıracaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.

İspaniyanın “Real” klubunda çıxış edən Kroos Almaniya milisi ilə 101 oyunda 17 qol vurub.