21-ci əsrin ən yaxşı almanı

Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Şimali İrlandiyanı məğlub edib – 2:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada komandasının 2-ci qolunu vuran Serj Qnabri yeni rekorda imza atıb. Belə ki, Şimali İrlandiya yığmasının qapısına yol tapan hücumçu, milli komanda ilə iştirak etdiyi son 10 oyunda 9-cu qolunu vurub.

21-ci əsrdə Almaniya millisinin heyətində 10 oyuna 9 qol vuran futbolçu olmayıb. Bundan əvvəlki ən yaxşı göstərici 10 oyuna 7 qol idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button