Kubokun final matçı azarkeşsiz olacaq

Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.

Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri keçiriləcək. “Leyptsiq” “Verder”lə, Dortmund “Borussiya”sı isə “Holştayn Kil”lə qarşılaşacaq. Qarşılaşmalar aprelin 30 və mayın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button