Almaniya kubokunda finalçılar bəlli oldu

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Saarbrüken” doğma meydanda “Bayer”lə qarşılaşıb. Rəqib qapısından 3 cavabsız top keçirən Leverkuzen təmsilçisi ilk finalçı olub.

Digər finalçının adına “Bavariya” – “Ayntraxt” matçında aydınlıq gəlib. Bu oyunda da qapılara 3 qol vurulub. Yekunda qələbə qazanan və finala yüksələn “Bavariya” olub.

Beləliklə, iyulun 4-də keçiriləcək final görüşündə “Bavariya” ilə “Bayer” üz-üzə gələcək.

Almaniya kuboku
Yarımfinal

9 iyun

Saarbrüken – Bayer 0:3
Qol
: Diabi, 11. Alario, 19. Bellarabi, 58.

10 iyun

Bavariya – Ayntraxt 2:1
Qol
: Perişiç, 14. Levandovski, 74 – Da Kosta, 69.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button