Almaniya klubunun yeni mövsüm üçün formasını azarkeş hazırlayıb – FOTO

Dortmund “Borussiya”sı 2023/2024 mövsümü üçün yeni formasını nümayiş etdirib.

Formanın dizaynı bir fanat tərəfindən yaradılıb. Komanda.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Daha əvvəl klub 2023/2024 mövsümü üçün yeni forma ilə bağlı müsabiqə elan edib. 100-dən çox ölkədən 15 000-dən çox dizayn təqdim olunub. Sonra 9 finalçı arasından seçim edilib. Son variant böyük fərqlə qalib gəlib.

Qrafik dizayner olan Timo adlı şəxs azarkeşlərin səsverməsində qalib gəlib və 2023/2024 mövsümü üçün rəsmi ev dəstini hazırlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button