Almaniya klubu “İnter”in futbolçusunu icarəyə götürmək istəyir

“İnter”in müdafiəçisi Tomas Palasios Almaniya Bundesliqasına keçə bilər.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətinə Leverkuzen “Bayer”i maraq göstərir.

“Əczaçılar”ın rəhbərliyi Palasiosu 2024/25 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir. 26 yaşlı oyunçu bu mövsüm A Seriyasında 13 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Bayer” Bundesliqada 19 turdan sonra 42 xalla ikincidir. Komanda lider “Bayern”dən 6 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button