Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, Franfurt “Ayntraxt”ının hücumçusu Andre Silvadır. Portuqaliyalı futbolçu ötən ay iştirak etdiyi 6 matçda 7 qol vurub.
Silva bu mövsüm Bundesliqada ümumilikdə 20 oyunda 18 qolla yadda qalıb.