“Ayntraxt”ın futbolçusu ən yaxşı oldu

Almaniya Bundesliqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, Frankfurt “Ayntraxt”ının futbolçusu Filip Kostiçdir.

28 yaşlı yarımmüdafiəçi Bundesliqada martda iştirak etdiyi 3 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.