Bundesliqada ilk dövrənin ən yaxşı futbolçusu məlum oldu

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk dövrəsinin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, “Kicker” nəşrinin futbolçular arasında keçirdiyi sorğuya əsasən, “Bayern”in hücumçusu Robert Levandovski 39,7 faiz səslə qalib olub. Polşalı futbolçu bu mövsüm Bundesliqada 17 oyunda 19 qol vurub.

İkinci sırada 17,9 faizlə “Borussiya”dan (Dortmund) Erlinq Haland, üçüncüdə isə 10,3 faizlə “Leyptsiq”dən Kristofer Nkunku yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button