“Almaniya artıq rəqibləri qorxudan komanda deyil”

Almaniya Futbol Federasiyasının sabiq icraçı direktoru Oliver Birhoff milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu, Almaniya yığmasının əvvəlki gücünü itirdiyini bildirib:

“Təəssüf ki, bu, doğrudur. Almaniya artıq rəqibləri qorxudan komanda deyil. Əvvəllər rəqiblər bizə böyük hörmətlə yanaşır, Almaniyaya qarşı oynamaq istəmirdilər. Ola bilər ki, həmişə baxımlı futbol oynamırdıq, amma son dərəcə effektiv, güclü və məqsədyönlü idik. 2010-cu ildən etibarən oyun səviyyəmiz xeyli yüksəlmişdi. 2006-2017-ci illər arasında dünya futbolunda dominant komandalardan biri idik. Dönüş nöqtəsi isə 2018-ci ildə baş verdi.

Hazırda millidə özünəinam çatışmır. Paraqvay yığması ilə oyunda komandada “biz Almaniyayıq, heyətimizdə Çempionlar Liqasının qalibləri var və bu matçı qazanacağıq” düşüncəsini görmədim. Məhz bu özünəinam əvvəllər Almaniya millisinin ən böyük üstünlüklərindən biri idi”.

Almaniya millisi dünya çempionatının 1/16 finalında Paraqvay yığmasına 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında uduzaraq (3:4), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button