Almaniya – Argentina matçında 4 qol – VİDEO

Futbol üzrə Almaniya və Argentina yığmaları yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda baş tutan qarşılaşmada qapılara bütövlükdə 4 qol vurulub.

Meydan sahibləri iki erkən qola seviniblər. 15-ci dəqiqədə Qnabri, 22-də isə Haverts almaniyalı azarkeşləri ayağa qaldırıb. Argentinalılar isə fasilədən sonra özlərinə gəliblər. 66-cı dəqiqədə Alario hesab arasındakı fərqi azaldıb. 85-ci dəqiqədə isə Okampos qonaqları məğlubiyyətdən xilas edib.

Beləcə, Almaniya – Argentina matçı 2:2 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button