Alman azarkeşlərdən iranlı qadınlara dəstək – FOTO

“Bayern” azarkeşləri Almaniya Bundesliqasının 2022/2023 mövsümünün 8-ci turunun “Bayer”lə oyununda (4:0) İrandakı qadınlara dəstək nümayiş etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, matçın 61-ci dəqiqəsində “Bayer”in iranlı hücumçusu Sərdar Azmunun meydana çıxmasından sonra baş verib. 

Azmunun meydana çıxmasından sonra Münhen klubunun azarkeşləri üzərində “İranda feminist inqilabına həmrəylik” yazılmış böyük pankart açıblar.

İrandakı etiraz aksiyası hicabını guya düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanılan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

 Komanda.az
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button