“Alınsa, yeni transfer edəcəyik” – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Birinci hissədə yaxşı imkanlar əldə etdik, amma epizodlardan istifadə edə bilmədik. İkinci yarıda isə rəqib boşluq tapdı və bundan yararlandı. Onlar ikinci hissədə bizdən yaxşı oynadılar. Biz qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. O bölgədə Cavidi oynadırdıq, amma ona top çatmırdı. Təmkin Xəlilzadə “Zirə” ilə matçda daha yaxşı oynamışdı. Çoşqun Diniyev isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu. Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardı, alınsa, transfer edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button