Alim Nəbiyev Troy Consa qarşı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı idmançımız “Glory79” turnirinin iştirakçısı olacaq.

Bu gün keçiriləcək döyüş gecəsi Niderlandın Arnem şəhərində təşkil olunacaq. “GelreDome”də baş tutacaq döyüşdə Alimin rəqibi ABŞ təmsilçisi Troy Consdur. Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçumuz peşəkar karyerasında 59-cu döyüşə çıxacaq. Onun hesabında 51 qələbə və 8 məğlubiyyət var. Cəmi 15 döyüşü olan Cons 13 dəfə qalıb gəlib və 2 dəfə məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, “Glory”nin reytinq siyahısında Nəbiyev 6-cı, rəqibi 7-ci sırada qərarlaşıb. İdmançımız təşkilatın yarışlarında 7 döyüşdə 5, Cons isə 6 qarşılaşmada 4 qələbə əldə edib.