“Sumqayıt”ın keçmiş baş məşqçisi milliyə namizədlər arasında

Bir müddət əvvəl “Sumqayıt”dan ayrılan Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Komanda.az xəbər verir ki, bu məlumatı yerli “Pressball” qəzeti yayıb.

41 yaşlı mütəxəssisin bu posta namizəd olduğu bildirilib. Baqadan başqa, digər namizəd “Minsk”in baş məşqçisi Vadim Skripçenkodur. 

Baqa 2021-ci ilin dekabrında “Sumqayıt”ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Belarus yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button