Aleks de Souza baş məşqçi təyin olundu

Futbol üzrə Braziliya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edəcək “Avai” komandasının baş məşqçi postuna gətirilib.

Onunla müddəti 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Aleks De Souza daha əvvəl “San Paulo”nun U-20 komandasını çalışdırıb. “Avai” isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button