“Biz rahat olmamalıyıq” – Alba

“Barselona”nın müdafiəçisi Jordi Alba İspaniya La Liqasında “Real”la mübarizə haqda danışıb.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, “kral klubu”nun çox səy göstərəcəyini deyib:

“Şəxsi təcrübəmə əsasən deyirəm ki, “Real” mövsümün sonuna qədər çox səy göstərəcək və bu, çox çətin olacaq. Aramızda müəyyən xal fərqi var. Lakin biz rahat olmamalıyıq. Qələbə qazanmaq öz əlimizdədir”.

Hazırda kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində 53 xalla 1-ci, Madrid klubu isə 45 xalla 2-ci pillədə yer alır.

La Liqanın 21-ci turunda “Barsa” “Vilyarreal” səfərinə yollanacaq, “Real” isə “Elçe”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button