“Akhisarspor” vidalaşdı, “Gənclərbirliyi” və “Dənizlispor” qayıtdı

“Akhisarspor” klubu futbol üzrə Türkiyə Super Liqası ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, sözügedən klubun mövsümün sonuna iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

Hazırda 25 xalla 18 kollektiv arasında sonuncu pillədə qərarlaşan bu komanda üçün mübarizə başa çatıb. Bu isə Akhisar təmsilçisinin 2012/13 mövsümündən etibarən mübarizə apardığı Super Liqa ilə 7 ildən sonra vidalaşması anlamına gəlir. “Akhisarspor” 2019/2020 mövsümünü TFF 1-ci liqada keçirəcək.

1-ci liqada isə Super Liqaya vəsiqə qazanan iki kollektiv müəyyənləşib. Bunlardan biri Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi”, digəri isə “Dənizlispor”du. Mövsümün sonuna 1 tur qalmış “Gənclərbirliyi” 70 xalla 1-ci, 69 xala malik “Dənizlispor” isə ikinci pillədə qərarlaşıb. Futbolçumuzun komandası 1, Dənizli təmsilçisi 9 illik fasilədən sonra yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button