AİJF MİA-ya təkliflər ünvanladı – İdman mediasına mümkün dəstəklə bağlı

Azərbaycan İdman Jurnalistləri Federasiyası idman mediasına mümkün dəstəklə bağlı Medianın İnkişafı Agentliyinə təkliflər ünvanlayıb.

Komanda.az xəbər verir ki, həmin təkliflər bunlardan ibarətdir:

  1. Ümumi mediaya ayrılacaq yardımın müəyyən hissəsinin idman mediasına yönəldilməsi bu sahənin problemlərinin həlli və inkişafı baxımından böyük dəstək ola bilər.
  2. AİJF İdarə Heyətinin təklifi əsasında, Agentlik idman mediasının maliyyə dəstəyi alması üçün qərar verə bilər.
  3. İdman qəzetləri və saytları başqa media orqanları ilə açıq müsabiqəyə buraxılır və meyarlara cavab verənlər digərləri kimi Agentliyin dəstəkləyəcəyi media orqanlarının siyahısına əlavə edilir. Bu məsələlərdə AİJF istənilən texniki yardımı etməyə hazırdır.
  4. Agentliklə AİJF birgə yazı müsabiqəsi təşkil edirlər. Mövzuların seçimini və qalibləri birgə yaradılacaq Komissiya müəyyənləşdirir. Qaliblərin mükafatlandırılmasını Agentlik həyata keçirir.
  5. Agentlik AİJF-nin təklifi əsasında idman mediasının inkişafına xidmət edəcək treninq, “ustad dərsi” və başqa bu kimi tədbirlərin tərəfdaşı qismində çıxış edir. Agentlik AİJF-nin tövsiyəsi əsasında müəyyən qəzet və sayt redaksiyalarına texniki yardım göstərə bilər.
  6. AİJF idman jurnalistikası üzrə ixtisaslaşan qəzetlərin və saytların, eləcə də bu sahədə çalışan jurnalistlərin təsnifatının aparılmasında, bu sahənin problemlərinin öyrənilməsində Agentliyə yardım edə bilər.
  7. AİJF rus və ingilis dillərini mükəmməl səviyyədə bilən idman jurnalistlərinin fəaliyyətini stimullaşdırmağı, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolundakı təşəbbüslərinin daha yaxşı, nizamlı formada təşkilini məqsədəuyğun sayır.
  8. AİJF hər bir redaksiyaya, media quruluşuna aid vəsiqələrlə yanaşı, məhz Agentliyin müəyyənləşdirdiyi şəkildə, idman jurnalistləri qarışıq bu adı daşımağa layiq olan bütün jurnalistlər üçün vahid vəsiqə standartı müəyyənləşdirməyi təklif edir.
  9. AİJF istinad mədəniyyətinin formalaşması, xəbər oğurluğuna son qoyulması, jurnalist etikasına əməl olunması, xəbərin ən azı iki qaynaq vasitəsi ilə təsdiqlənməsi və bir çox başqa peşə standartlarını özündə birləşdirən paktın hazırlanmasını və jurnalistika prinsiplərinə sadiqliyini bəyan edən bütün media quruluşlarının həmin pakta imza atmasını təklif edir.
  10. AİJF hər ilin sonunda jurnalistlər üçün qala-gecənin keçirilməsini, ilboyu fəaliyyəti ilə seçilən media quruluşlarının və fərdlərin nüfuzlu münsiflər heyətinin seçimi əsasında mükafatlandırılmasını təklif edir.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button