Ağırlıqqaldırma çempionatında ilk qalib məlum oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi məlum olub.

Komanda.az xəbər verir ki, qadınların yarışında Anastasiya Moum sinkler cədvəli ilə çempion olub.

MOİK klubunda çıxış edən idmançı birdən qaldırmada 83 kq, təkanla isə 104 kq-ın öhdəsindən gəlib. Moum sinkler cədvəlində 231 xal yığıb.

Onun komanda yoldaşı Nazilə İsmayılova gümüş, “Zirə” klubundan Elnarə Abbasova bürünc medala sahib çıxıb. İsmayılova sinkler cədvəli üzrə 230, Abbasova isə 214 xala layiq görülüb.

İsmayılova birdən qaldırmada 61 kq, təkanla qaldırmada 76 kq, Abbasova isə müvafiq olaraq 75 kq və 100 kq-ı başı üzərinə qaldırıb.

Bu gün kişilərdə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində ölkə çempionunun adına aydınlıq gələcək.

Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button