Agenti Kadinin “Qarabağ”a mümkün transferindən danışdı

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Roberto Alisk müştərisinin “Qarabağ”a mümkün transferindən danışıb.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, agent, Kadinin “Qarabağ”a mümkün qayıdışı ilə bağlı məlumatları şayiə adlandırıb:

“Mən şayiələrə şərh vermək istəmirəm. Kadinin “Krasnodar”la daha iki illik müqaviləsi var”.

Daha əvvəl bildirilmişdi ki, Rusiya klubu sərfəli təklif alacağı təqdirdə, 28 yaşlı futbolçunu buraxmağa hazırdır. Kadi özü də əvvəllər formasını geyindiyi Azərbaycan klubuna qayıtmaq istəyir.

Kadi ötən mövsüm “Krasnodar”ın heyətində 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button