Aftandil Hacıyev: “Hücumda seçim şansımız azdı”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bizim üçün ağır oyun oldu. Rəqib azlıqda olduğu üçün də hər iki komanda böyük güc sərf etdi. İki komandanın da qol imkanları oldu. Rəqibin qapanacağını bilirdik. Rəqib azlıqda qalanda da planımıza sadiq qaldıq. Bu gün son nöqtəni qoymaq çətin oldu. Oyunun idarəsi bizdə idi. Hücum xəttimizdə futbolçularımız azdı. Dəyişiklik etmək şansımız olmur. Təhülkəli epizodlar yaratsaq da, son nöqtəni qoya bilmədik. Son dəqiqələrdə də hesab açıla bilərdi. Rəqib futbolun sürətini aşağı salmağa çalışırdı. İlk dəqiqələrdən oyunun sürətini aşağı salmaq və hakimin bunu hiss etməməsi bizi məyus etdi. Hər iki komanda 1 xal qazandı. Rəqibi də təbrik edirəm.
  • İkinci hissəni nəzərə alsaq, qol epizodu yarada bilmədiz. Özünüzün 1 xal qazandığınızı düşünmürsüz?
  • Kifayət qədər imkanlarımız var idi. İlk hissədə qol vura bilsəydik, fərqli olardı. Hücum xəttimizi gücləndirmək şansımız yoxdu. Futbolçularımızın oyunundan narazı qala bilmərəm.
  • Yalnız sizin meydanda süni ot örtüyüdü. Ancaq digər komandalarda təbiidi. Bunun oyununuza hansı təsiri var?
  • Meydan amili böyükdü. Qapalı komandaya qarşı sürətli oynamaq, tez-tez cinahları dəyişmək lazımdı. Süni otda da bu fərqlidi, təbiidə də. Biz süni ot örtüyündə hazırlaşırıq, məşq edirik. Təbii ot örtüyünə keçəndə çətin olur.
  • Şəhriyar Rəhimov 5 dəfə hücuma qoşuldu, ancaq rəqib futbolçuları hədəf aldı. Oyununu necə dəyərləndirirsiz?
  • Şəhriyarın ailəsində itki olub. Bir neçə məşqdə iştirak etməyib. Ümumi oyundan razı qala bilərik. Oyunun bütün idarəsi bizdə idi. Sonluqda dəqiq ola bilmədik. Premyer Liqada yalnız bizdə hücumdakı futbolçular yerlidi. Əlimizdə geniş seçim olsaydı, uğur qazana bilərdik.
  • Rəqibin azlıqda qalmasından sonra oyunun nəticəsini dəyişə bilməzdizmi?
  • Rəqib əks-hücumda yaxşı oynayır. Oyun planımızı pozmaq istəmədik. Yaxşı epizodlarımız oldu. Stamenkoviç də yaxşı çıxış etdi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button